Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Hər çalma bağlayandan molla olmaz” – “Sərxoş molla” görüntülərinə rəsmi reaksiya – VİDEO

“Sərxoş molla” ilə bağlı video müzakirələrə səbəb oldu.

Ruhani İdarəsindən: ”O şəxs bizim əməkdaş deyil…”

Qazaxıstan Müsəlmanları Ruhani idarəsinin mətbuat xidməti son günlər ölkə möminləri arasında geniş müzakirə olunan “sərxoş molla”la bağlı bir videonu şərh edib.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, internet şəbəkələrində zahirən din xadiminə bənzəyən şəxsin görüntüləri yayılıb. Görüntülərin Qazaxıstanın Türkistan vilayəti, Ordabasinskyi rayonu, Çubar kəndində çəkidiyi iddia edilir. Həmin şəxs özünü nalayiq şəkildə aparır və söyüş söyür.

“Bu şəxs Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin əməkdaşı deyil. Onun, həmçinin Türkistan vilayətinin məscidləri ilə heç bir əlaqəsi yoxdur. Onun geyimi və başındakı baş örtüyü də müftiyyat tərəfindən müəyyən edilmiş standartlara cavab vermir. Hər çalma bağlayan molla olmur…” – Qazaxıstan MRİ mətbuat xidməti sözügedən görüntüləri belə şərh edib.

Videoda küçədəki adamlar sərxoş məxluqun arxasınca “Ak tırna” deyə qışqırırlar. Qazaxıstanda bu adla fırıldaqçı türkəçarə “həkimləri”ni çağırırlar.

Qazaxıstan QMRİ rəhbərliyi hesab edir ki, sözügedən kənd sakinləri qalmaqal yaratmış video “qəhrəman”ının kim olduğunu daha yaxşı bilirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...