Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Hər il buna görə 4.5 milyon insan ölür – DST

Dünyada siqaret çəkən 1.1 milyard insan var.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada siqaret çəkən 1.1 milyard insan var.

Din.az xəbər verir ki, onların 4.5 milyon nəfəri hər il bu səbəbdən dünyasını dəyişir. Əgər qabaqlayıcı tədbir görülməsə, bu rəqəmin ildə 10 milyona çatacağı bildirilir.

Siqaret aludəçiliyi ağız boşluğunda, mədə-bağırsaqda, nəfəs borusunda, ağciyərdə və digər orqanlarda xərçəng yaradır, ürək-damar, xora, damar tıxanması, infarkt riskini artırır. Hazırda dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdən birinin xərçəng olduğunu nəzərə alsaq, bu, kifayət qədər ciddi rəqəm hesab olunur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...