Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

İslam iqtisadiyyatı stabil şəkildə inkişaf edir

Share Button

İslam dini sələmi qadağan etdiyinə görə islam bankları pulu faizlə vermir.

“Hər il müsəlmanlar islam banklarına 1,8 trilyon dollar pul qoyur”.

“Din.az” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirinin müavini Abdulla əl-Saleh mayın 20-də Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Rusiya – islam dünyası sammitində belə deyib.

Kazanda keçirilən sammitə dünyanın 35 müsəlman ölkəsindən nümayəndələr qatılıb.

Abdulla əl-Saleh sammitdə çıxışı zamanı islam iqtisadiyyatının stabil şəkildə inkişaf etdiyini vurğulayıb: “Bizim islam bankları ənənəvi banklara nisbətən daha sürətlə inkişaf edir. Bu, dünyada müsəlmanların sayının artdığı bir dövrdə çox mühüm faktordur. Müsəlmanlar hər il islam banklarına 1,8 trilyon dollar pul qoyurlar. Bu, islam bankçılığının inkişafı üçün yüksək perspektivin olduğunu göstərir”.

Saleh qeyd edib ki, dünyada islam bankçılığını ən çox tətbiq edən ölkələrdən birincisi Malayziya, ikincisi Birləşmiş Ərəb Əmirlikləridir.

Dünyada ilk islam bankı 1975-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində açılıb.

İslam dini sələmi qadağan etdiyinə görə islam bankları pulu faizlə vermir. Belə banklar maliyyə yardımı göstərdiyi biznes layihələri mənfəət əldə etdikdə gəlir qazanır

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir