Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hər kəs iş yerində Quran öyrənə biləcək – VİDEO

“Çağırın, gələk, Quran öyrədək!” layihəsi həyata keçirilir.

Türkiyənin Muğla əyalətində hər kəs birbaşa iş yerində Quran öyrənmək imkanı qazanacaq.

Din.az xəbər verir ki, Seyidkəmər ilçəsinin müftiliyi “Çağırın, gələk, Quran öyrədək!” layihəsi çərçivəsində nahar fasiləsi zamanı bütün böyük idarə və müəssisələrə Quran qiraəti müəllimləri göndərəcək. Hər dərs yarım saat davam edəcək.

“İstəyirik ki, Quranla tanış olmayan bir müsəlman qalmasın”, – deyə müftilik nümayəndələri vurğulayıb.

Elan verildikdən sonra bir çoxları Quran kurslarına qatılmaq arzularını bildirib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...