Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hər kəs məsciddə terrorçunun qarşısını kəsən Əbdül Əzizin qəhrəmanlığından danışır

Ə.Əziz cinayətkara “Bura gəl”, – deyərək ibadət edənləri qorumağa çalışıb.

Yeni Zelandiyada və onun hüdudlarından kənarda hər kəs Kraystçörç məscidində terrorçunun qarşısını kəsən şəxsin qəhrəmanlığından danışır.

Din.az bildirir ki, Əfqanıstandan gəlmiş Əbdül Əziz adlı şəxs hücum zamanı Linvud məscidində olub. Buna qədər terrorçu digər məsciddə artıq onlarla insan güllələmişdi.

Hadisə barədə danışan 48 yaşlı Ə.Əziz bildirib ki, atəş səslərini eşitdikdən sonra o, məsciddən çıxıb və burada hərbi geyimli bir şəxslə qarşılaşıb. Onlar üz-üzə gələndə həmin şəxs Ə.Əzizi söyüb.

Bu şəxs atəş açmağa başlayanda isə Ə.Əziz kredit kartları terminalını ona tərəf atıb və yaxınlıqdakı avtomobillərin arasına sığınıb. Sonra atəş açan şəxsin diqqətini cəlb etmək üçün “Bura gəl”, – deyə qışqırmağa başlayıb və bununla ibadət edənləri qorumağa çalışıb. Atəş açan şəxsin yerə atdığı silahı götürərək ona müqavimət göstərməyə başlayanda isə o, avtomobilinə oturaraq hadisə yerindən uzaqlaşıb.

Verilən məlumata görə, atışma başlayanda məsciddə 100-dək dindar olub. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...