Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
hicab_2475767-620x330

Hərbi məktəbdə müsəlman qıza hicab geyinməyə icazə vermədilər

Share Button

“Kollecin vacib prinsiplərindən biri kadetlərin xarici görünüşüdür”, – məktəbin direktoru Con Ros deyib.

ABŞ-ın Çarlstoun şəhərindəki (Cənubi Karolina ştatı) hərbi məktəb müsəlman tələbəyə hicab geyinməyə icazə verməyib.

Din.az oxu.az-a istinadən bildirir ki, gənc qızın ailəsi mübahisəni məhkəmə vasitəsi ilə həll etmək niyyətindədir.

Nüfuzlu Citadel hərbi kollecinin rəhbərliyi ötən ay məktəbə daxil olan müsəlman qızdan hicab geyinməyə icazə üçün sorğu alıb. Lakin məktəbin idarəetmə heyəti kadetlərin xarici görünüşündə istisnaların mümkün olmadığını bildirib. Kollecin bütün tələbələri xüsusi forma geyinirlər.

“Kollecin vacib prinsiplərindən biri kadetlərin xarici görünüşüdür”, – məktəbin direktoru Con Ros deyib.

Adı açıqlanmayan müsəlman qızın ailəsi övladlarının belə şəraitdə kollecdə təhsil ala bilməyəcəyini bildirib. Onlar bu məsələyə insan haqları çərçivəsində baxırlar. Mübahisə məhkəmə iclasında həll edilə bilər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top