Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Həsən Ruhani ABŞ üzərində “uzun müddətli qələbə” elan etdi

Həsən Ruhani “ABŞ hökuməti və Tramp nüvə anlaşmasının təməlini çürüdə bilmədi”.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani ABŞ üzərində “uzun müddətli qələbə” elan edib.

Din.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın Ümumi Kəskin Fəaliyyət Planındakı (JCPOA) “qorxunc səhvlər”i düzəltmədiyi təqdirdə ABŞ-ın danışıqlardan geri çəkiləcəyini söyləyib.

Növbəti gün dövlət kanalında açıqlama verən Həsən Ruhani “ABŞ hökuməti və Tramp nüvə anlaşmasının təməlini çürüdə bilmədi. Anlaşma İran üçün uzun müddətli bir zəfərdir” deyib.

Sabiq ABŞ prezidenti Barak Obamanın idarəçiliyi dövründə imza atmış olduğu və İran ilə 6 dünya gücü (ABŞ, İngiltərə, Rusiya, Fransa, Çin, Almaniya) arasında gerçəkləşən 2015-ci il nüvə anlaşması İranın nüvə proqramına gətiriləcək məhdudiyyətlər qarşılığında iqtisadi sərmayələrini gücləndirən zaman ABŞ üçün uğurlu xarici siyasət kimi görünür.

Trampın müqavilədə “qorxunc səhvlər” olaraq adlandırdığı dəyişikliyin üstünə getsə də İran tərəfindən rədd edildi və İran hakimiyyəti müqavilənin dəyişdirilməz olduğunu söylədi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...