Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Həsən Ruhani: “ABŞ və müttəfiqlərinin hədəfi İrandakı quruluşu məhv etməkdir”

“İran xalqı və rəhbərliyi düşmənə qarşı birlikdə müqavimət göstərəcək”.

“ABŞ və müttəfiqiləri ilə iqtisadi və psixoloji müharibə vəziyyətindəyik”.

Din.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Gilana səfəri zamanı təşkil edilən mitinqdə bildirib.

“Onların hədəfi quruluşumuzu məhv etməkdir. Ancaq biz buna yol verməyəcəyik. İran xalqı və rəhbərliyi düşmənə qarşı birlikdə müqavimət göstərəcək. ABŞ İrandan 40 il əvvəlki vəziyyətə dönməyi tələb edir. Biz də geri dönməyəcəyimizi deyirik. Suverenlik, azadlıq və demokratiya yoluna davam edəcəyik”, – o vurğulayıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...