Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

HƏSƏN RUHANİ İRAN QADINLARININ GEYİMİLƏ BAĞLI İNQİLAB ETMƏK İSTƏYİR? – MİLLƏT VƏKİLİNDƏN AÇIQLAMA

“İran müəyyən məsələlərdə güzəşt etməyə məhkumdur”.

Son zamanlar İran prezidenti Həsən Ruhaninin ölkə qadınlarının geyimləri ilə bağlı müəmmalı addımları ağıllarda sual işarəsi yaratmağa başlayıb.

Son olaraq Ruhaninin məşhur İran alimi Məryəm Mirzəxaninin başı açıq şəklini şəxsi hesabından paylaşması bir qədər də insanları düşündürməyə başlayıb.

Bu İran prezidentinin bu qəbildən olan ilk və tək addımı deyil. Əvvəllər də öz şəxsi avtomobillərində başı açıq getmək istəyən qadınların fikirlərini dəstəkləyəcək ifadələr səsləndirmişdi. Və polis əməkdaşlarına insanların əxlaqını qorumaq sizin işiniz deyil deyib, həddlərini bildirmişdi və s.

Bütün bunlar kifayətdir ki, Həsən Ruhaninin İran qadınlarının geyimi ilə bağlı düşüncələrini anlayasan. Bəs, Ruhani bu mövzuda hər hansı bir inqilab edə biləcəkmi?

Din.az bildirir ki, millət vəkili Fazil Mustafa A24.Az-a müsahibəsində qeyd edib ki, Həsən Ruhaninin belə bir inqilab etməsi inandırıcı görünmür.

“Həsən Ruhani elə bir sistemdən gəlib ki, hətta fikirləşsə belə onu tətbiq etmək imkanı yoxdur. Sadəcə İran cəmiyyətini ona alışdırmağa çalışır ki, bu vəhşi anlayışları yığışdırmaq lazımdır. Bunun İslam dini ilə bir əlaqəsi yoxdur. Müasir dövrün qadını istənilən formada geyinib-keçinə bilər. Və bu heç bir əxlaq qaydalarına zidd deyil”.

Fazil Mustafa əlavə edib ki, Ruhani yalnız qaydaların yüngülləşdirilməsinə nail ola bilər.

“Həm də İran anlayır ki, müasir dünyadan bu qədər geri qalmaq olmaz. Müəyyən məsələlərdə güzəşt etməyə məhkumdur. Amma bir yeniləşmə hərəkatı kimi bir məsələyə baxıla bilməz. Çünki İranda mühafizəkar bir sistem var. Həsən Ruhaninin belə bir inqilaba bulaşması mümkün deyil”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...