Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Həsən Ruhanidən XƏBƏRDARLIQ: “Bu, müharibəni körükləyəcək”

“ABŞ-ın Suriya ilə bağlı yeni planı beynəlxalq qanunlara ziddir”.

ABŞ-ın Suriyada quracağı 30 min nəfərlik hərbi güc bölgədə gərginliyi artıracaq və müharibəni körükləyəcək.

Din.az xəbər verir ki, belə xəbərdarlıqla Suriya parlamentinin spikeri ilə Tehranda keçirilən görüşdə İran prezidenti Həsən Ruhani çıxış edib.

“ABŞ-ın Suriya ilə bağlı yeni planı beynəlxalq qanunlara ziddir və Suriyanın müstəqilliyi ilə ərazi bütövlüyünə təhdid yaradır”, – dövlət başçısı deyib.

Xatırladaq ki, analoji bəyanatla yanvarın 16-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi çıxış edib. ABŞ-ın Suriyada quracağı 30 min nəfərlik ordunun regionda gərginliyi artıracağını deyən Qasımi ABŞ-ın Suriyanı tərk etməli olduğunu bildirıb.

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil “Suriya Demokratik Qüvvələri”nə aid 30 minlik sərhəd xidmətinin yaradılacağını bəyan edib. Onun əsasını PYD terror təşkilatı təşkil edəcək. Sərhəd ordusu Suriyanın Türkiyə və İraqla olan sərhədlərini mühafizə edəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...