Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Həsən Ruhaninin qadın köməkçisindən hicabla bağlı açıqlama

“Hicab İranda hüquqi bir öhdəlikdir”.

İran İslam Respublikası Prezidentinin müavini Masume İbtikar ölkədə hicabın təzyiq altında və məcburi şəkildə tətbiq edilməsinə qarşı olduqlarını deyib.

Din.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Həsən Ruhanının Qadın və Ailə Məsələləri üzrə köməkçisi İbtikar “İranda Qadınlar Günü” ilə bağlı Tehranda keçirilən mətbuat konfransında yerli və xarici jurnalistlərə açıqlaması zamanı deyib.

Gənclərin tələblərinə əhəmiyyət verilməlidir…

Hicabın İranda hüquqi bir öhdəlik olduğunu xatırladan İbtikar bunun sosial təcavüzün qarşısını almaq üçün inqilabdan sonra xalqın tələbi ilə tətbiq edilməyə başlandığını deyib. Hicab problemi ilə bağlı yaşanan həbs hadisələri ilə əlaqədar İbtikar “yeni nəsil ilə bu mövzuların daha çox müzakirə edilməsi və gənclərin tələblərinin nəzərə alınmasının vacibliyini düşünürəm” fikirlərini dilə gətirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...