Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Hətta qeyri-müsəlman dövlətləri belə bu haqsızlığı pisləməlidir”

Türkiyənin Qüdslə bağlı addımı dəstəklənməlidir?

Məlum olduğu kimi, Türkiyənin Ali Təhsil Şurası (YÖK) Qüds probleminin beynəlxalq ictimaiyyətin diqqətində saxlanılması üçün Qüds Araşdırmalarının Tətbiqi və Tədqiqatı Mərkəzinin yaradılmasına qərar verib. Qurumun yaradılmasında məqsəd Qüds probleminin dünyaya daha geniş çatdrılması, bu istiqamətdə ciddi araşdırmaların aparılmasıdır.

Maraqlıdır, Azərbaycan, eləcə də digər müsəlman dövlətləri Türkiyənin Qüdslə bağlı bu addımını dəstəkləməlidirmi?

Din.az bildirir ki, Moderator.az-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev bu məsələdə nəinki müsəlman, hətta qeyri-müsəlman dövlətlərinin belə Türkiyəyə dəstək verməsi gərəkdiyini vurğuladı:

“Bir millət, iki dövlət” deyən və siyasi, iqtisadi, eləcə də sosial, mədəni münasibətlərdə bu anlama hörmət sərgiləyən ölkə əlbəttə ki, bu məsələdə müştərək mövqedən çıxış etməli, haqqın, ədalətin yanında olmalıdır. Onu da deməliyəm ki, Qüds probleminə,ümumiyyətlə Fələstinin işğalına bu sayaq sərt münasibət daha əvvəllər bəyan edilməli və özündə əməli,effektli tədbirləri ehtiva edən siyasət yürüdülməliydi… Gecikmiş addımdı. Amma bununla belə, özünə hörmət edən hər bir müsəlman, eləcə də qeyri-müsəlman məmləkətləri işğalı, haqsızlığı müstəmləkəçiliyi qətiyyətlə pisləməlidir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...