"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
1(14)

“Heydər” məscidində 5 minə yaxın insan namaz qılır

Share Button

Ümumiyyətlə, məsciddə 5 dəfə namaz qılınır

Gündəlik ibadətə açıldığı ilk aylarla müqayisədə “Heydər” məscidinə namaz qılmaq üçün gələnlərin sayı bir neçə dəfə artıb.

“Din.az” bildirir ki, Məscidin axundu Rüfət Qarayev “Report”a bildirib ki, hazırda cümə günləri məsciddə 800-1000 nəfər kişi, 100-150 nəfər qadın namaz qılır. Gün ərzində isə məsciddə 350-450 nəfər namaz qılır. Bu da ayda təqribən 5 min nəfər deməkdir.

Axund bildirib ki, ümumiyyətlə, məsciddə 5 dəfə namaz qılınır. Sübh, zöhr, əsr, şam və işa namazlarının hər birində 100-ə yaxın mömin məscidə üz tutur: “Əhli-şiə gün ərzində 3, əhli-sünnə 5 dəfə namaz qılır. Cümə namazları hər iki məzhəbin nümayəndələri tərəfindən birlikdə qılınır. Digər günlərdə isə ayrı-ayrılıqda ibadət həyata keçirilir”.

Xatırladaq ki, “Heydər” məscidi ötən ilin dekabr ayında gündəlik ibadətə açılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top