Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“HEYDƏR MƏSCİDİ”NDƏ QILINACAQ BAYRAM NAMAZLARININ VAXTI AÇIQLANIB

“Bayram namazının birgə qılınmasına çalışdıq, amma….”

“Heydər” məscidində bayram namazı iyunun 26-da iki dəfə qılınacaq.
Din.az bildirir ki, bu barədə “Report”a məscidin axundu Hacı Rüfət Qarayev məlumat verib.


Onun sözlərinə görə, əhli-sünnələr saat 08:00-da, əhli-şiələr isə saat 09:00-da bayram namazını qılacaqlar.
R.Qarayev namazların eyni vaxtda qılınmamasına da aydınlıq gətirib: “Bayram namazının birgə qılınmasına çalışdıq. Amma bayram namazlarında müəyyən fərqlər olduğundan ibadətin ayrı-ayrı saatlarda yerinə yetirilməsinə qərar verildi. Bayram namazı günəş çıxandan zöhr namazına kimi olan aralıqda istənilən vaxt qılına bilər”.
Qeyd edək ki, iyunun 25-də “Heydər” məscidində bayram gecəsi qeyd olunacaq. Saat 23:00-da başlayacaq tədbirdə “Quran” tilavət ediləcək, dular olunacaq, Ramazanla bağlı söhbətlər aparılacaq.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...