Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Heyrətlənəcəyiniz kadrlar: hicablı qız müsəlman olduğuna görə döyüldü – VİDEO

20 yaşlı qız naçar qalaraq hicabı çıxardı.

Sən müsəlmansan, başında hicab var! Sevgilin də müsəlmandır! Al, gəldi!

Bunu deyən qadın polis yanında oturmuş hicablı qızın başına vurur.

Din.az bildirir ki, olay Hindistanın Uttar-Pradeş ştatında, Meerut şəhərində yaşanıb.

Şəhər küçələrindən birində iki gənci dayandıraraq döyməyə başlamışdılar. Onların “günah”ları oğlanın saqqallı, qızın isə hicablı olması idi. Hadisə yerinə çağırılmış polislər gəncləri saxlayıblar və polis idarəsinə aparıblar.

Maşın yolda olarkən polislər qızı təhqir etməyə, döyməyə başlayıblar.

Polis qadınlardan biri isə qızın başına vurub, sonra ona “Hicabı çıxar!” deyib.

20 yaşlı Priyanka adlı qız naçar qalaraq hicabı çıxarıb.
Olayın videosu sosial şəbəkələrdə yayılandan sonra böyük qalmaqal qopub.

Maşındakı polislər vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıblar. Araşdırma başa çatanadək onlar işə çıxmayacaqlar.

Həmin polislər baş konstebl Saleka Çand, konstebl Netu Sinqh və polis nəfəri Seynserpaldır.

Meerut şəhər polisinin rəisi Praşant Kumarın dediyinə görə, insident çox ciddi şəkildə təhqiq olunur. / Milli.Az

https://daytube.az/az/videos/73355/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...