Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Heyvanlar zəlzələni öncədən hiss edirlər? – Seysmoloji Xidmət Mərkəzi aydınlıq gətirdi

“Günümüzdə heyvanların zəlzələni hiss etmə qabiliyyətini yoxlamamışıq”.

Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 328 nəfərə çatıb. Təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb.

Dünyada bu qədər zəlzələlər qeydə alınsa da, seysmoloji halları öncədən xəbər verən cihazlar yoxdur, hətta texniki inkişafın indiki dönəmində belə, elm zəlzələni öncədən bilməkdə acizdir.

Zəlzələlərlə bağlı insanlar arasında bəzi inancalar formlaşıb: deyirlər ki, heyvanların zəlzələni öncədən hiss edə bilir.

Bəs reallıqda vəziyyət necədir?

Seysmoloji hallar zamanı heyvanların bu qabiliyyətindən istifadə oluna bilərmi?

Eyni zamanda, zəlzələni öncədən proqnozlaşdıran cihazlar varmı?

Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı Modern.az-a deyib ki, zəlzələni öncədən proqnozlaşdırmaq mümkün deyil.

“Dünyada çoxlu elmi-təqdiqat institutları var. Hər ölkənin ərazisində seysmik cəhətdən aktiv və aktiv olmayan zonalar var. Azərbaycandan danışırıqsa, əsasən bizdə Xəzər dənizi zəlzələ üçün aktiv zonadır. 2000-ci ildə baş verən zəlzələ Bakıda qeydə alınmamışdı. O zəlzələ Xəzər dənizində baş vermişdi. Sadəcə, ərazi baxımından Bakıya çox yaxın olduğuna görə həmin zəlzələ paytaxtı möhkəm silkələmişdi. Bizim əsas partnyorlarımız Yaponiya və Amerikadır. İstifadə etdiyimiz avadanlıqlar Yaponiya texnologiyasına məxsusdur.

2011-ci ildə Yaponiyada güclü zəlzələ baş vermişdi. Həmin zəlzələdən sonra yaponlar proqnozu verə biliblərmi? Halbuki, onların ərazisi bizdən daha seysmikdir və bəzən olur ki, proses başlayanda yaponlar onu hiss edirlər. Söhbət təkcə Yaponiyadan getmir. Ümumiyyətlə, dünyada öncədən seysmoloji proqnoz müəyyənləşməyib”.

Heyvanların zəlzələni öncədən hiss etməsi ilə bağlı deyilənlərə gəlincə, şöbə müdiri buna inanmağı məsləhət görməyib:

“Seysmoloji xidmət olaraq peyk rabitəsi ilə işləyirik. Ona görə də günümüzdə heyvanların zəlzələni hiss etmə qabiliyyətini yoxlamamışıq. Amma ədəbiyyatlarda bu barədə geniş məlumatlar yer alıb. Hətta akvariumda olan balıqların belə zəlzələni öncədən hiss etdiyini deyirlər. Ədəbiyyatlarda belə nümunələr çoxdur. Amma biz respublikada tədqiqatlarımızı cihazlar vasitəsilə edirik. Bizə məlumatlar peyk stansiyaları vasitəsilə ötürülür və mərkəzimizdə məlumatlar emal olunur”. / Moderator.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...