Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Heyvanlarla şəkil çəkdirmək günahdır” deyib FƏTVA VERDİ

Səudiyyəli din xadmi heyvanlarla şəkil çəkdirmək barədə fətva verdi. “Din.az”ın verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının ən yüksək dini qurumu olan Din Xadimləri Ali Şurasının üzvü Şeyx Saleh ibn Favzan əl-Favzan it və pişik kimi heyvanlarla şəkil çəkdirməyin İslama zidd Qərb adəti olduğunu iddia edərək, bu cür şəkillərin çəkilməsinin qarşısının alınmasına fətva verib. Təşkil etdiyi həftəlik proqramlarda tamaşaçıların suallarını […]

1464330378Səudiyyəli din xadmi heyvanlarla şəkil çəkdirmək barədə fətva verdi.

“Din.az”ın verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının ən yüksək dini qurumu olan Din Xadimləri Ali Şurasının üzvü Şeyx Saleh ibn Favzan əl-Favzan it və pişik kimi heyvanlarla şəkil çəkdirməyin İslama zidd Qərb adəti olduğunu iddia edərək, bu cür şəkillərin çəkilməsinin qarşısının alınmasına fətva verib.

Təşkil etdiyi həftəlik proqramlarda tamaşaçıların suallarını cavablandıran əl-Favzan ona verilən suallardan birinə cavab olaraq heyvanlarla şəkil çəkdirməyin qərb adəti kimi dəbə düşdüyünü bildirərək, “məcburiyyət olmadıqca heyvanlarla şəkil çəkdirmək günahdır. İstər pişik, istər it, istərsə də qurd və başqaları olsun”, – deyə bildirib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...