Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

HİCAB BAĞLAYAN QIZDAN BÜTÜN DOSTLARI İMTİNA ETDİ – VİDEO

Dostları “yaxında İŞİD-ə qatılsa, təəccüblənməyəcəyik“ deyiblər.

Flaman universitet tələbəsi Silk Raats sosial eksperiment aparmaq məqsədi ilə müsəlman qadınlar kimi hicab geyinərək universitetə gedib və gözlənilməz reaksiyalarla qarşılaşıb.

“Din.az” “A24.Az”a istinadən bildirir ki, Belçika mətbuatına istinadən verdiyi xəbərə görə, belçikalı gənc qız müsəlman qadınların qarşılaşdığı problemlərə diqqət çəkmək məqsədi ilə maraqlı bir sosial test heyata keçirib.

Yaxın ətrafı və yoldaşları onun dəli olduğunu düşünüb, “yaxında İŞİD-ə qatılsa, təəccüblənməyəcəyik“, -deyə tənqid ediblər.

Silk ətrafındakı dost-tanışının üçdə birinin onunla əlaqəsini kəsdiyini etiraf edib.

Birlikdə tətilə getdiyi ən yaxın yoldaşları belə onu görüdükdə yolunu dəyişib, onu görməzlikdən gəliblər.

21 yaşlı Silk yaşadığı Vilrijk əyalətindəki gənclik mərkəzində Türkiyəli qaçqın uşaqların ev tapşırıqlarına könüllü olaraq kömək edirmiş.

Gənc qız boş zamanlarında müsəlman qaçqınlara yardım proqramlarında da iştirak edib.

O, son olaraq Brüsseldə Maksimilian parkda yerləşdirilən miqrantlara köməy edib. Hicab geyindiyi üçün yaxın ətrafı və yoldaşlarından da həm ailəsinə, həm də özünə sərt reaksiyalar gəlməyə başlayıb.

“Görünür müsəlman sevgilisi var. O, bunu məcbur edib. Bir müsəlmanla evlənsə, heç bir zaman azad ola bilməyəcək. Dostlaşdığı müsəlman miqrantların təsirinə düşüb. Mənim uşağım hicab geyinsə, küçəyə atardım. Heç vaxt iş tapa bilməyəcəksən, bilirsən, deyilmi?. Ad günün üçün Suriyaya bilet alaq. Sabah İŞİD-ə qatılsa, təəccüblənməyəcəm. Daha rəfiqəm deyilsən. Mənim yanıma çox yaxınlaşmasın, kim bilir, bəlkə bomba atacaq.”- kimi tənqidlər ona qarşı səsləndirilib.

10 günlük təcrübə bitti.

Eksperimentin sonunda sadəcə bir neçə dostu onun hicab taxmasını müsbət qarşılayıb.

“Sən belə xoşbəxtsənsə, mən də xoşbəxt olaram. Bu sənin qərarındır, hörmət edərəm, səni buna görə tərk edən onsuz da, gərçək dostun deyil”, -deyərək dostları ona dəstək veriblər.

Mənfi reaksiyaların gedərək artmasını və psixoloji olaraq tənqidlərə tab gətirməyən Silk Raats bir ay geyinməyi planlaşdırdığı hicabı 10 gün sonra çıxarıb.

Yaşadıqlarını və qarşılaşdığı reaksiyaları videoya çəkərək “10 gün” başlığıyla “Youtube”-da paylaşıb.

Hazırda Silk Raats dünyanın müxtəlif ölkələrində məşhur proqramlara dəvət olunur.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...