Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Hicab taxmağı qəbul etməyən sevgilisini öldürdü – 18 yaşlı gəncdən DƏHŞƏTLİ QƏTL

İslama keçməyi rədd etdiyinə görə öldürüldü.

Almaniyada yaşayan 18 yaşlı Əhməd G. adlı gənc alman sevgilisini İslamı qəbul etmədiyi üçün öldürüb.

Din.az xəbər verir ki, 18 yaşlı Mireille B. adlı qızın başörtüyü taxmadığı və İslama keçməyi rədd etdiyi üçün öldürən gəncin istintaq prosesi davam edir.

Əfqan Əhməd G. Almaniyanın Flensburq şəhərində saxlanılıb. Qatilin deportasiya edilməsi də variantlar arasındadır.

Öldürülən qızın rəfiqəsi açıqlamasında, “Əhməd daim ona nəzarət etmək istəyən qısqanc bir şəxs idi. Mireilleni İslama keçməyi və hicab taxmağa məcbur edirdi. Nə vaxt Əhmədin yanına başı açıq gedirdisə, mübahisələri düşürdü” deyib.

Əhməd G.-nin Almaniyada yalnız yaşadığı deyilir. Almaniyaya qanunsuz miqrant olaraq gəlibmiş. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...