Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Hicaba azadlıq” aksiyasında həbs edilən şəxslərdən üçü azadlığa buraxılıb

İlham Hətəmov, Tərlan Ağadadaşov və Rövşən Allahverdiyevin cəza müddəti başa çatıb.

“Hicaba azadlıq” aksiyasında həbs edilən şəxslərdən üçü azadlığa çıxıb.

Din.az “Report”a istinadən bildirir ki, 2012-ci ildən həbsdə olan İlham Hətəmov, Tərlan Ağadadaşov və Rövşən Allahverdiyevin cəza müddəti başa çatıb.

Qeyd edək k, həmin şəxslər 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə R.Allahverdiyev, İ.Hətəmov və T.Ağadadaşov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdular.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...