Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Hicabla bağlı DAHA BİR QADAĞA: bundan sonra…

Hicab qadağası Fransa Senatı tərəfindən təsdiqlənib.

Fransada daha bir qadağa qüvvəyə minib.

Din.az xəbər verir ki, hicablı qadınların ibtidai sinifdə təhsil alan övladlarının məktəb gəzintisinə getməsi qadağan olunub.

Qərar Fransa Senatı tərəfindən təsdiq edilib. Qanun layihəsi Senata məktəblərin daha təhlükəsiz olması iddiası ilə təqdim olunub. Qanunda bildirilib ki, şagirdlərin anaları gəzintilərə qatılarkən müvəqqəti ictimai vəzifəli şəxs hesab olunur. Buna görə də onun üzərində hər hansı dini işarə olmamalıdır.

Fransanın Təhsil naziri Yan-Miçel Blanker də qanun layihəsini dəstəklədiyini deyib.

Məsələ ilə bağlı açıqlama verən sosialist vəkillər isə mövzunun hüquqdan çox siyasi olduğunu qeyd ediblər. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...