Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Hicablı modelin reklama çəkilməsi Rusiyanı qarışdırdı – Video

Geyim markasının ölkədə ilk dəfə hicabı reklam etməsi narazılıqla qarşılanıb.

Rusiyada məşhur geyim brendlərindən “Gloria Jeans”in hicablı qadınları reklama çəkməsi ölkədə səs-küyə səbəb olub.

Din.az xəbər verir ki, geyim markasının ölkədə ilk dəfə hicabı reklam etməsi narazılıqla qarşılanıb. Yeni mövsüm dəbinin yer aldığı videoda hicablı qadınlar da çəkilib. Reklam yayımlandıqdan sonra əksəriyyət görüntülərdə hicaba yer verilməsini tənqid edib və bunun Rusiya adət-ənənələriə uyğun olmadığını müdafiə edib. Hətta markanın sosial şəbəkələrdəki hesablarını boykot etmək üçün kampaniya da başladılıb.

Markanın qurucusu Vladimir Melnikov yaşanan qalmaqaldan sonra açıqlama verib. Rusiyada 30 milyona yaxın müsəlmanın yaşadığına diqqət çəkən Melnikov “Rusiya çoxmillətli dövlətdir. Hicablı modelin reklama çəkilməsinin səbəbi brend olaraq bütün insanlara xitab etdiyimizin göstəricisidir. Bundan başqa, İslam dininə inananlara da hörmət göstərilməlidir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...