Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hicablı olan müsəlman qadınların iş ərizələrinə baxılmır

Müsəlman qadınlar yaxşı işə götürülmək üçün hicabdan imtina etməlidir…

Britaniyanın İcmalar Palatası Qadınlar və Bərabərlik Komitəsinin araşdırmaları bəzi qadınların yaxşı işə götürülmək üçün baş örtüyündən imtina etməyə yönləndirildiyini üzə çıxarıb.

“Din.az” “azadlıq.orq”a istinadən xəbər verir ki, Britaniya Parlamentinin İcmalar Palatası üzvlərinin açıqladığı hesabatda deyilir ki, baş örtüklü müsəlman qadınların iş ərizələri çox zaman baxılmadan kənara qoyulur.

Sənəddə qeyd edilir ki, özəlliklə hüquq və ona yaxın peşələrə yiyələnib, başlıca əngəlləri aşan yüksəkixtisaslı qadınların işlərinə baxılmır. Onların “tabe olmağa meylli və zəif” olmasına dair əsassız düşüncələr səbəb göstərilir.

İcmalar Palatası Qadınlar və Bərabərlik Komitəsinin araşdırmaları bəzi qadınların yaxşı işə götürülmək üçün baş örtüyündən imtina etməyə yönləndirildiyini üzə çıxarıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...