Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Hicablı qadına görə çimərlikdə qanlı dava düşdü – FOTO

Toqquşma zamanı 4 nəfərin yaralanıb, 15 avtomobilin isə yandırılıb…

Fransanın Korsika adasının şimalında yerləşən Bastiya adasında vəziyyət gərginləşib. Şəhərdə kütləvi etiraz aksiyaları səngimək bilmir. Səbəb isə ötən gün Sisko kəndində yaşanan dava olub.

“Din.az” “milli.az”a istinadən bildirir ki, davanın səbəbi bir turistin çimərlikdə “burkini”də, yəni “hicablı bikini”də olan müsəlman qadınların şəkillərini çəkməyə çalışması olub. Fotoqrafın cəhdlərini görən əslən Şimali Afrikadan olan müsəlmanlar ona mane olmağa çalışıb və daha sonra dava başlanıb

Mühafizəkar islamçıların fikrincə, müsəlman qadın çimərlikdə məhz burkinidə, yəni qadının başını və bədənini tam örtən çimərlik geyimində olmalıdır.e1_51471247267

Fransanın DİN başçsı Bernar Kaznev davada əvvəlcə müsəlmanların olduğunu deməyib: “Yerli sakinlərlə başqa yerdən gələnlər arasında dava olub” deyə qeyd edib.

Bastiya xəstəxanasına 4 yaralı aparılıb, 15 avtomobil yandırılıb. Hadisə yerinə yüzlərlə polis və jandarm göndərilib. Toqquşmada soyuq silahdan da istifadə olunduğu bildirilir.

Fotonu çəkən şəxs isə Çexiyadan Korsikaya mühacirət edən 16 yaşlı gənc oğlandır. Afrikalı müsəlmanlar ona hücum ediblər. Bıçaq, balta və qarpunlarla silahlanmış müsəlmanlar yerli sakinlərə hücum edib və nəticədə iki nəfəri yaralanıb.

e2_81471247267

Az sonra davaya çex yeniyetmənin ailə üzvləri, qohumları qatılıb və afrikalı müsəlmanların avtomobilləri yandırılıb. Maşınları yandırılanlar arasında çimərliyə gələn 3 müsəlman ailə də olub.

Toqquşma saatlarla davam edib. Hadisə zamanı bir hamilə qadının yaralandığı deyilir.

Olay barədə xəbər Bastiya şəhərinə çatanda mərkəzi meydana 500 nəfər yığışıb. Yerli sakinlər ümumi qaydalara riayət etməyən müsəlmanların çimərliklərə buraxılmamasını tələb ediblər.

Xatırladaq ki, ötən həftə Kannda ictimai yerlərdə, o cümlədən çimərliklərdə qadınların niqabda, çarşabda peyda olmasını yasaqlayan qanun qəbul olunub.

Son illərdə Korsika yerli sakinlərlə müsəlman miqrantlar arasında sürəkli toqquşmalar məkanına çevrilib.

e3_21471247267

e4_51471247267

MÜZAKİRƏ

1 şərh Hicablı qadına görə çimərlikdə qanlı dava düşdü – FOTO üçün

  1. ramazan dedi:

    tulkunun meydanda ne ishi varki derisine qiymet qoysunlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir