Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Hicablı qadından ilahiyyatçıya hamını təəccübləndirən sual – VİDEO

“Üstümə ağ neft töküb, özümü yandıraraq intihar etməyə çalışdım”.

İstanbulun Sultan Ahmet meydanından canlı olaraq yayımlanan “Nihat Hatipoğlu ile iftar” verilişində yenə maraqlı anlar yaşanıb.

Din.az “Milli.Az”a istinadla bildirir ki, Ramazan ayı boyunca efirə gedən verilişdə hicablı yaşlı qadının sualı hər kəsi, eləcə də ilahiyyatçını təəccübləndirib. Qadın intihara cəhd etdiyini dilə gətirib.

“Üstümə ağ neft töküb, özümü yandıraraq intihar etməyə çalışdım. Sizcə orucum pozulub?”

Qadının sualını eşidənlər gülüblər. İlahiyyatçı isə intihar etməyin ümumiyyətlə haram olduğunu söyləyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...