Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hicablı qadınları təhqir edən aktrisa polisə çağırıldı

Ərdoğan aktrisanın bu hərəkətini kəskin tənqid edib onu faşist adlandırdı.

Məşhur aktrisa Dəniz Çakır sabah məhkəməyə gedib ifadə verəcək.

Din.az xəbər verir ki, İstanbulda alış-veriş mərkəzindəki kafedə hicablı qadınları təhqir etdiyi iddiasıyla aktrisa Dəniz Çakır haqqında cinayət işi açılıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK partiyasının dünənki yığıncağında çıxış edərkən aktrisanın gündəmdən düşməyən hərəkətini kəskin tənqid edərək onu faşist adlandırıb.

“Bu ölkənin başı örtülü gənc qızlarına “Səudiyyə Ərəbistanına gedin” demək faşistliyin ən yüksək həddidir. “Səudiyyə Ərəbistanına gedin, burada nə işin var” deyənləri düşünün, özü də sənətçi imiş. Nə deyirsiniz, deyin bu ölkədə insanların həyat tərzi ilə məşğul olan CHP təfəkkürlüdür. AK partiyası tam əksinə, bu ölkədə həyat növlərini zəmanət altına alan siyasi təfəkkürdür” , – deyə ölkə başçısı bildirmişdi. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...