Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Hicablı qız Avropada “İnformasiya texnologiyaları sahəsində ilin qızı” oldu – İbrətamiz…

21 yaşlı tələbə “Microsoft”-un informasiya texnologiyaları sahəsində mükafat qazanıb.

Efiopiyadan olan 21 yaşlı tələbə Ebtisam Məhəmmədsalh “Microsoft”-un İsveçdə təşkil etdiyi ” İnformasiya texnologiyaları sahəsində ilin qızı- 2019″ mükafatını qazanıb.

Din.az xarici İslam saytlarına istinadla verdiyi xəbərdə belə deyilir.

Ebtisam bu adı almaqdan çox xoşbəxt olduğunu bildirib. O, yalnız 4 il öncə Efiopiyadan İsveçə gəlib. Müsəlman tələbənin sözlərinə görə, başqa bir ölkədə doğulmuş və həm də hicablı bir qızın belə bir mükafat ala bilməsi gözəldir.

“Məhəmmədsalihi qızların ən yaxşısı kimi qəbul etməyə bizi bu müsəlman xanımın bərabərlik, müxtəliflik və inklüzivliliyə olan bağlılığı vadar etdi. O, yeni bilik və bacarıqlar əldə etməyə çox ehtiraslıdır və bu gün daha çox nailiyyət qazanmaq üçün fərqli öyrənmə üsullarından necə istifadə etməyin nümunəsi ola bilər”- avropalı təşkilatçılar belə deyib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...