Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Hicablı qız İngiltərənin gözəllik kraliçası olmaq istəyir – FOTO/VİDEO

Gözəllik kraliçası seçiminə başı örtülü qadın yarış üçün qatılıb.

Başı örtülü Mariya bir ilkə imza atıb İngiltərənin gözəllik kraliçası olmaq istəyir.

Din.az Moderator.az-a istinadən bildirir ki, İngiltərənin Birmingham şəhərində gözəllik kraliçası seçiminə başı örtülü qadın yarış üçün qatılıb. Mariya adlı qadın yarışmada qalib gələrsə, ölkənin ilk başı örtülü gözəllik kraliçası olacaq. Sosial xidmət üzrə ekspert olan 20 yaşlı gənc qız uğurunun müsəlmanların qarşı-qarşıya qaldıqları steroetiplərə meydan oxumağa yardımçı ola biləcəyini düşünür.

Daha əvvəllər miss England yarışmasına müsəlman qadınlar qatılsa da, Mariya başı örtülü ilk iştirakçıdır. Birmingham şəhərində təşkil olunan yarışı qazanaraq miss Birmingham tituli qazanan Mariya şansının çox az olduğunu düşünür. O yarış finalında çimərlik paltarı geyinmək lazım olarsa, nə edəcəyinə hələ qərar vermədiyini söyləyib. Yarışın finalı iyul ayında olacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...