Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
epa05077468 A picture made available on 21 December 2015 shows  Rayani Air the Malaysia's first Islamic-compliant airline cabin crew posing for a photograph in front of a Boeing 737-400 at Kuala Lumpur International Airport 2, in Sepang, Malaysia, 20 December 2015. The airline will not consent any pork or alcoholic beverages on board and Islamic prayers will be conducted before every flight for the safety of the crew and passengers. Muslim crew members will be obliged to cover their heads and non-Muslim members of the crew are required to dress decently in accordance to Shariah requirements.  EPA/AFIQ RAZALI MALAYSIA OUT

Hicablı stüardessaları olan aviaşirkət bağlandı – VİDEO

Share Button

“Rayani Air”in bağlanmasına səbəb sərnişinlərin çoxsaylı şikayətləri olub

Malayziyanın Mülki Aviasiya Departamenti (MAD) ölkədə yerli “Rayani Air” aviaşirkətini bağlayıb.

“Din.az” AFP-ya istinadən xəbər verir.

MAD “Rayani Air” ilə bağlı araşdırmaya aprel ayından başlayıb. Aviaşirkətin xidmətlərindən istifadə edən sərnişinlər “Rayani Air”də uçuşların gecikməsi və son dəqiqədə reyslərin ləğv edilməsindən şikayət edirdilər.

Şikayətlərin nəticəsi kimi aviaşirkətin lisenziyası alınıb. MAD-ın rəhbəri Əzharuddin Abdulla Rəhman bəyan edib ki, aviasahədə qayda və təhlükəsizlik mühüm əhəmiyyət kəsb etdiyindən “Rayani Air”in fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, “Rayani Air” şirkəti 2015-ci ilin dekabrından fəaliyyət göstərib. Təyyarə göyərtələrində sərnişinlərə yalnız halal yeməklər təqdim olunurdu və spirtli içki verilmirdi. Stüardessalar baş örtüyündən istifadə edirdilər, göyərtədə isə hər uçuşdan əvvəl namaz qılınırdı.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top