Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Hicablı xanım Apple-ı hakerlərdən xilas etdi

Hicablı xanım Kaliforniyada dissertasiya müdafiəsinə hazırlaşır.

Səudiyyə mənşəli müsəlman xanım Fatimə əl-Hərbi, Apple-ın təhlükəsizlik sistemində ciddi nasazlığı aşkar edərək peşəkarlığına görə ən yüksək qiymətləndirməyə layiq görülüb.

Din.az İslaminSesi-nə istinadən xəbər verir ki, Kaliforniya universitetinin aspirantı, kompüter proqramlaşdırması sahəsində təhsil alan Fatimə, Apple sistemində nasazlığı aşkar edərək korporasiyanı xəbərdar edib. Bu səbəbdən onun adı şirkətin rəsmi saytında qeyd olunub.
Hazırda hicablı xanım Kaliforniyada dissertasiya müdafiəsinə hazırlaşır. Apple-ın görkəmli İT-ekspertlərinin siyahısına düşməsi isə onun karyerasının inkişafında böyük rol oynayacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...