Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hindistan Parlamenti İSLAM DİNİNƏ UYĞUN BOŞANMA QAYDASINI ləğv edir

“üçqat talaq” hələ avqust ayında yerli Ali Məhkəmənin qərarı ilə qanunsuz elan edilmişdi.

Hindistan Parlamentinin Alt Palatası (Lok sabha) İslam qaydalarına görə “üçqat talaq”la boşanmanı qadağan edən qanun layihəsini qəbul edib.
Din.az bildirir ki, bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Xatırladaq ki, “üçqat talaq” hələ avqust ayında yerli Ali Məhkəmənin qərarı ilə qanunsuz elan edilib.
Qeyd edək ki, İslam qaydalarına görə, kişi üç dəfə “talaq” (ərəbcə “boşanma” deməkdir – red.) sözünü söyləməklə, rəsmi prosedur olmadan həyat yoldaşı ilə nikahı ləğv etmək imkanı əldə edir.
Hindistanın Ali Məhkəməsi “ani boşanma”nın İslamın əsas prinsiplərinə və ölkə konstitusiyasının 14-cü maddəsində göstərilən vətəndaşların bərabər hüquqlarının təmin olunmasına zidd olduğuna dair hökm çıxarıb.
“Üçqat talağ”a görə cinayət məsuliyyətinin tətbiq edilməsini Lok sabha deputatlarının əksəriyyəti dəstəkləyib. İndi qanun layihəsi baxılması üçün Parlamentin yuxarı palatasına – Racya sabhaya ötürüləcək. Qanunun qəbul ediləcəyi halda, qanunu pozanlar üç ilədək həbs cəzasına məhkum ediləcəklər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...