Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hindistan rəhbərliyi müsəlmanları həşəratlara bənzətdi – QALMAQAL

Müsəlmanlar Hindistanın Assam ştatında diskriminasiyalara məruz qalırlar.

Siyasi partiya lideri ölkədə qalmaqala səbəb olub.

Din.az xəbər verir ki, Hindistanın hakim “Bharatiya Canata” partiyasının lideri Amit Şah müsəlmanları həşəratlara bənzədərək qalmaqala səbəb olub.

Sağçı-radikal millətçi partiyanın lideri olan siyasətçi Banqladeşdən Hindistana gələn miqrantları”termit” (ağ qarışqa), ölkəni “tıxan” (yiyən) adlandıraraq ictimaiyyətin qəzəbinə səbəb olub.

Banqladeş əsilli olmaqda şübhəli bilinən müsəlmanlar artıq Hindistanın Assam ştatında diskriminasiyalara məruz qalırlar.

On illərdir burada yaşayan milyonlarla müsəlman Hindistan vətəndaşlığı ala bilməyib.

Bu isə o deməkdir ki, onlar Hindistan vətəndaşı olduqlarını sübut edə bilməsələr, onların hamısı Banqladeşə deportasiya edəcəklər. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...