Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Hindistanda 460 illik məscidin yerində məbəd tikiləcək – Səfirlik qalmaqala dair açıqlama yaydı

Ali Məhkəmə məbəd-məscid mübahisəsinə görə hinduizmə inanan insanların lehinə qərar çıxarıb.

Hindistanda Ali Məhkəmə Ayodhya şəhərində məbəd-məscid mübahisəsinə görə hinduizmə inanan insanların lehinə qərar çıxarıb. Adıçəkilən şəhərdə 1992-ci ildə hindu inancında olanlara müsəlmanlar arasında qırğın olub. Iğtişaşlar zamanı 2000 nəfər öldürülüb. Qətl edilənlərin əksəriyyəti müsəlman olub. O vaxt hindu inancında olan insanlar həmin şəhərdə 460 il mövcud olan məscidi yerlə-yeksan etdilər. Indi isə Ali Məhkəmə dağıdılmış həmin məscidin yerində hindular üçün məbəd tikməyə icazə verib.
Uzun müddətdir ki, hindular iddia edirdi ki, tanrılardan biri olan Vişnu Ayodhyada anadan olub və o, dünyaya məhz köhnə məscidin yerində gəlib.
Bəllidir ki, XVI əsrdə Moğul-Türk-İslam sülaləsinin ilk imperatoru Baburun göstərişinə əsasən orada məscid tikilmişdi.
Hindu inancında olanlar isə həmin yeri müqəddəs bilir və orada məbəd ucaltmağa çalışırdılar. 2010-cu ildə daha aşağı bir məhkəmə mübahisəli torpaqların üçdə iksini hindulara, üçdə birini isə müsəlmanlara verilməsi barədə qərar çıxarmışdı.
Hindistanın 1.3 milyard əhalisinin təxminən 14% müsəlmandır.
Baş nazir və milliyyətçi “Bxartiya canata parti” partiyasının lideri Narendra Modi xalqı sakitliyə çağırıb. Ancaq bəllidir ki, Hindistanda müsəlmanlarla hindu inancında olan insanlar arasında münasibətlərin pisləşməsinin əsas səbəbkarı o və onun rəhbərlik etdiyi partiyadır.
Hökmdən qabaq Ali Məhkəmə binası ətrafında sakitliyə və təhlükəsizlik gücləndrimək məqsədi ilə oraya 5 min polis yeridilib.
Baş nazir Narendra Modi hələ 2014-cüildə ilk dəfə seçkiyə qoşularkən sözügedən məbədi tikəcəyinə söz vermişdi.
Hindu qrupları məzhəb zorakılığına səbəb olmamaq üçün məhkəmənin qərarına görə bayram yürüşləri keçirməyəcəklərini bildirirlər. Ancaq müəlmanların bu qərarla razılaşmayacağı bəri başdan aydındır.
P.S. Redaksiyadan: Hindistanın Azərbaycandakı səfirliyindən bu xəbərlə bağlı Musavat.com-a göndərilən yazıda isə bildirilir ki, bu ölkənin Ali Məhkəməsinin Ayodyadakı torpaq iddiası ilə bağlı 9 noyabr, 2019-cu il tarixli qərarı tərəflər arasında 1950-ci ildə başlayan uzunmüddətli mübahisənin yekunlaşmasına səbəb olub.
Açıqlamada daha sonra bildirilir: “Qərar yalnız torpaq mülkiyyətini müəyyənləşdirmək üçündür. Ali Məhkəmənin 5 hakim üzvü qərarı inama deyil, qanuna əsaslandıraraq vermişlər. Ali Məhkəmə ixtiyar hüququnu Ram Lala Virajmana verərək digər tərəfə, Sünni Vəqf Qurumuna Ayodyada məscid tikilməsi üçün 5 akr torpaq ayrılması barədə hökümətə göstəriş vermişdir.
Mübahisənin tarixi 17-ci və 18-ci əsrlərə gedib çıxır və Hindistanın müstəqillik əldə etməsindən əvvəl Britaniya müstəmləkə höküməti nəzdindində fəaliyyət göstərən rayon məhkəmələrinə bu barədə ərizələrin verilməsini göstərən hüquqi faktlar mövcuddur.
Qərarın qəbul edilməsinə qədərki proses müddətində, Hindistan Ali Məhkəməsi, Hindistanın Arxeoloji Tədqiqatlar mərkəzinin apardığı təhqiqat və qazıntı işləri üzrə hesabat, tarixi faktlar və İngiltərə müstəmləkə dövrünə aid hökümət qeydləri də daxil olmaqla, bütün iddiaçıların təqdim etdiyi sübutları nəzərdən keçirmişdir. Hindistan Konstitusiyası bütün dini icmaların bərabər inam, etiqad və ibadət azadlıqlarına təminat verir. Hindistan güclü və müstəqil məhkəmə sisteminə malikdir və Ayodyadakı torpaqla əlaqədar Ali Məhkəmənin qərarının hər hansı digər gələcək iddia üçün presedent olma ehtimalı yoxdur, çünki 15 avqust 1947-ci ildə (Hindistanın müstəqilliyi) mövcud olan ibadət yerinin dini və məzhəblə bağlı xüsusiyyətində hər hansı bir dəyişikliyi qadağan edən Parlament aktı mövcuddur”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...