Hindistanda inək öldürən adam polislərin gözləri qarşısında döyülərək öldürülüb

İnək öldürən adamı vəhşicəsinə döydülər.
Hindistanda baş verən hadisədə inək öldürdüyü deyilən Qasım adlı bir şəxs kütlə tərəfindən döyülüb. Polis isə sadəcə izləməklə kifayətlənib!
Din.az xəbər verir ki, Hindistan polisi kütlə tərəfindən linç edilən və xəstəxanaya aparılarkən həyatını itirən hindin şəklinin çəkildiyi fotoda 3 polisin də görülməsinə görə üzr istəyib.
Qasımın inəyi öldürdüyü üçün döyüldüyü deyilməsinə baxmayaraq polis döyülmənin “motosiklet qəzası səbəbilə baş verdiyini” iddia edib.
Polis mətbuat katibi Rahul Srivastava, fotoların “yanlış” olduğunu və polislərin “döyülməni dəstəkləmədiyini” iddia edərək “Foto insanın sürükləndiyini və polislərin bu barədə heç bir şey etmədiyini göstərir. Amma bu doğru deyil, izdiham, sadəcə şəxsə (Qasıma – red.) hücum edərək davam etmək istəyirdi və polis həmin şəxsi qorumağa çalışırdı. Yenə də polislər daha diqqətli olmalı idi. Bu səbəblə üzr istədik və bir istintaq başlatdıq” deyib. / İslamazeri.com