Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hindistanda pedofillər edam ediləcək

Qadınları zorlayan şəxslərə ən azı 10 il həbs cəzası veriləcək.

Hindistan hökuməti 12 yaşa qədər olan qızları qrup şəklində zorlayan cinayətkarlara qarşı edam cəzasının tətbiq edilməsi haqqında fərman imzalayıb.

Din.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Fərman “Uşaqların cinsi zorakılıqdan qorunması haqqında” qanuna edilmiş düzəliş əsasında imzalanıb. Qanun dəyişikliyində eyni zamanda qadınları və yeniyetmə qızları zorlayan şəxslərin həbs müddətlərinin uzadılması nəzərdə tutulub.

Beləcə qadınları zorlayan şəxslərə ən azı 10 il həbs cəzası veriləcək. 16-20 yaşlarında olan gənc qızlara təcavüz edən şəxslər isə ömürlük azadlıqdan məhrum ediləcək. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...