"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
muhammed-ikbal

Hindistanın qəhrəman müsəlman mütəfəkkiri

Share Button

“İmanında rahatlıq yox, namazında zövq… Belə iman və namazın heç bir əhəmiyyəti olmaz”.

Hindistanın qəhrəman mütəfəkkiri: Muhəmməd İqbal

İslam elm və mübarizə tarixində olduqca mühüm nüfuza malik olan Muhəmməd İqbalı 21 aprel 1938-ci il tarixində itirdik.

Yaşadığı dövrün ziyalısı, mühüm şəxsiyyətlərdən biri olan Muhəmməd İqbal atasının “Quranı sənə vəhy edilirmişcəsinə oxu” sözlərini hələ kiçik yaşlarında eşitmişdi.

HƏM MÜBARİZƏ, HƏM ELM…

İqbal yaşadığı dövrdə İslam bölgələrində baş verən işğal və müstəmləkəçiliyə qarşı mübarizə apararkən digər tərəfdən də elm və fəlsəfənin dərinliklərinə səfər etmişdi. O, müsəlmanların düşdükləri vəziyyət haqqında qısaca belə deyirdi: “İmanında rahatlıq yox, namazında zövq… Belə iman və namazın heç bir əhəmiyyəti olmaz”. İslam ümmətinin parçalanmasına laqeyd qalmayanlar kimi o da yenidən dirçəlişin odunu alışdırmaq üçün bütün varlığını ortaya qoymuşdu. Cəmaləddin Əfqani və Mehmet Akif kimi bir an yerində dayanmamış, daim mübarizə aparmışdı.

HƏRTƏRƏFLİ BİLİYƏ MALİK MÜTƏFƏKKİR

İnsan hər hansı sahədə yüksək mütəxəssis ola bilər. Lakin hərtərəfli biliyə malik insanlara rast gəlmək çox çətindir. Belə ki, Muhəmməd İqbal da belə mütəfəkkirlərdən idi. O, bir tərəfdən fəlsəfə, şeir və ədəbiyyatla məşğul olur, İslam bayrağının mübarizəsini aparır, digər tərəfdən isə yaşadığı dövrün zərurətlərini yaxşı bilirdi.

ŞƏRİƏTİNİN DİLİNDƏN İQBAL

Muhəmməd İqbalın hərtərəfli biliyə malik olma xüsusiyyətini Əli Şəriəti belə qeyd edir: “Ağlı və fəlsəfi fikirləri onu şeirin gözəllik və xüsusiyyətlərindən aciz buraxmadı, şairliyin səthiliyi onu dərin fəlsəfi düşüncələrdən uzaqlaşdırmadı. Dini inanc onu mühafizəkarlığa aparmadı, açıq dünya görüşü imanı qəlbindən silmədi. Siya­sət onu gündəlik çərçivəyə salmadı, irfan ruhunu və hislərini yer üzündən qoparıb göylərə ucaltdığı zaman cəmiyyətin mənfi alın yazısı ictimaiyyətin siyasətinə istiqamət vermə işini gözündən bir an da uzaqlaşdırmadı. Bir sözlə, Berqson kimi düşünür, Nasir Xosrov kimi imanın şeirini deyir. Seyyid Camal kimi müsəlman xalqlarının müstəmləkdən xilas olması üçün mübarizə aparır, Taqor kimi sivilizasiyanın mütləq ağıla yönəlmə faciəsindən azad olmasına çalışır, Karl kimi qurumuş insan həyatına və cəsədinə dostluğun və ruhun sirayət etməsini arzu edirdi”. Bu baxımdan İqbal, hər mənada mübarizənin və dirçəlişin əsl təmsilçisi idi. Artıq dağılmaqda olan Osmanlı dövlətinin çətin anlarında bütün müsəlmanların xilası üçün istiqlal hərəkatının yeridilməsinə dəstək vermiş, Hindistan müsəlmanlarını yenidən dirçəlişə səsləmişdi.

“SİYASƏT ŞAN-ŞÖHRƏTƏ DƏVƏTDİR”

Mübarizəsilə yanaşı, həm də bir elm adamı olan İqbal, siyasəti “işləmək, şan-şöhrətə dəvət etmək” kimi qəbul edirdi. İqbalın dövrün siyasətilə bağlı ortaya çıxan düşüncələri, Hindistanın və sonradan qurulacak Pakistanın ingilislərə qarşı müstəqillik mübarizəsinin təməli olacaqdı. İqbal İngiltərədə təhsil almış, Kembric Universitetinin Fəlsəfə və İqtisadiyyat fakültəsinin məzunu olmuşdu. Bundan başqa, yüksək səviyyədə ərəb və türk dillərini bilən İqbal, Ərəb Dili və Ədəbiyyatı fakültəsində müəllimlik etmişdi.

“İNANC, İBRAHİM KİMİ TƏHLÜKƏDƏ OLMAQDIR”

Ömrünü elm və fəlsəfə ilə keçirən İqbal, varlığını inandığı mübarizəyə həsr etmişdi. Onun üçün “İnanc, İbrahim kimi təhlükədə olmaq” demək idi. Bu düşüncə ilə təfəkkür zəncirinə daxil olan İqbal, 21 aprel 1938-ci ildə həyatla vidalaşmışdı. İqbalın özündən sonra qoyduğu əsərləri bir çox sahədə gənc nəsillərə örnəkdir. Onun gur sədası nəsildən-nəslə düşüncələrə sirayət edirdi. Muhəmməd İqbalın “İslamda dini təfəkkürün yenidən formalaşması” adlı əsəri bütün dünya müsəlmanları üçün yol göstərən olduqca mühüm mənbə və ismarışdır.

İQBALIN ƏSL VƏTƏNİ AXİRƏTDİR

O, axirəti əsl vətəni hesab edir, gedərkən bizim üçün bu sətirləri qoyurdu:

“Əlvida ey müvəqqəti dünya məclisi!

Əlvida! Əsl vətənimə gedirəm mən…

Təəssüf ki, bu abad xərabətdən bezmişəm.

Qəlbim çox küsüb, mən məclisə layiq deyiləm.

Mənə layiq deyilsən sən, sənə layiq deyiləm mən”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top