Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
Illegal immigrant workers cover their heads from the heat as they wait in line at the Saudi immigration offices at the Alisha area, west of Riyadh May 26, 2013. Saudi Arabia has been deporting hundreds of thousands of illegal foreign workers as part of labour market reforms designed to reduce unemployment among its own citizens. Illegal workers are given a period of three months from April onwards to fix their legal documents for work and residency in the kingdom. REUTERS/Faisal Al Nasser (SAUDI ARABIA - Tags: SOCIETY IMMIGRATION BUSINESS EMPLOYMENT) - RTX101GD

Hindli işçilər müsəlman ölkəsində ac buraxıldı

Share Button

10 min hindli aylardır qida böhranı ilə üz-üzədir

Səudiyyə Ərəbistanında işlərindən atılan 10 min hindlinin aclıq böhranı ilə qarşı-qarşıya qoyulduğu ortaya çıxıb.

“Din.az” xəbər verir ki, “BBC-türkcə”də yer alan məlumata görə,  Hindistan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanında işlərindən qovulan 10 min hindlinin bir qida böhranı ilə mücadilədə qarşı-qarşıya qaldığını bildirib.

Xarici işlər naziri Sushma Svaraj ölkədəki çoxlu sayda hindli işçinin işlərini itirdiyini və yemək almaq üçün pullarının qalmadığını söyləyib.

Ciddə şəhərindəki hindlilər Hindistan hökumətinin köməyi ilə həftə sonu ehtiyacı olanlara yemək paylayıb.

Belə ki, neftin qiymətinin aşağı düşməsi ilə Səudiyyə Ərəbistan iqtisadiyyatının inkışafı yavaşlayıb. Hindistanlı nazir Svaraj tvitterdən verdiyi açıqlamada, Səudiyyə Ərəbistandakı sayı 3 milyon olan hindlilərə çağırış edib və “Qardaşlarınıza kömək edin. Sizi əmin edirəm ki, Səudiyyə Ərəbistanda işsiz qalan heç bir hindli ac qalmayacaq” deyib. Svaraj başqa bir nazirin Səudiyyə Ərəbistana gedib işsiz qalan və  ölkələrinə qayıtmaq üçün bilet pulu olmayan hindlilərin təxliyyə edilməsi üçün işlər görəcəyini də bildirib.

Ciddədəki Hindistan konsulluğu təkcə şənbə günü 15 tondan çox yemək payladığını da qeyd edib.

Səudiyyə Ərəbistanından açıqlama yoxdur…

Səudiyyə Ərəbistanında fəaliyyət göstərən böyük bir Səudiyyə-Livan inşaat şirkəti “Səudi Oger”də işləyən 800 hindli işçinı işdən çıxarıb. 7 aydır maaş almadıqlarını söyləyən işçilərin Ciddədə nümayişlər etdiyi bildirilib.

Səudiyyə Ərəbistanı hökuməti isə hələ hindli işçilərin vəziyyəti ilə bağlı bir açıqlama verməyib.

Bir vaxtlar da İnsan Haqları İzləmə Təşkilatı əcnəbi işçilərin iş şəraiti ilə bağlı Səudiyyə hökumətini tənqid etmişdi. Hindistanın xarici işlər naziri Svaraj Küveytdə də işdən çıxarılan işçilərin qida sıxıntısı yaşadığını, lakin oradakı vəziyyətin bir az daha yaxşı olduğunu qeyd edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top