Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Hollandiya kraliçasını islama dəvət edən müsəlman – VİDEO

“Mən dəli deyiləm, mən Allahın quluyam və sizi İslam dininə iman etməyə dəvət edirəm”

Hollandiyada konsert salonuna təşrif buyuran kraliça yerinə oturar- oturmaz səhnədən ona müraciət olunub.

Orta yaşlı bir gənc səhnədə əlinə mikrafonu alaraq “Rəhman və Rəhim olan Allahın adı ilə…Üzür istəyirəm! Belə hərəkət etməyimin doğru olmadığını bilirəm və sizlərdən üzür istəyirəm. Lakin belə etməyə məcbur qaldım. Sizi görmək üçün dəfələrlə müraciət etdim, amma hər dəfə rədd edildim”, – deyərək, müraciətini Məryəm surəsinin 30-33-cü ayələri ilə davam etdirib.

Bir müddət səhnədə islam dininə çağırış edən gəncin hərəkəti orkestr tərəfindən şübhə ilə qarşılanıb və onlar məkanı tərk etməyə başlayıb. Gənc isə “sakit olun və yerinizdə qalın. Salonda bomba yoxdur və mən dəli deyiləm. Mən Allahın quluyam və sizi İslam dininə iman etməyə dəvət edirəm”, – deyib.

Daha sonra Hollandiyanın təhlükəsizlik qüvvələri gənci səhnədən kənarlaşdıraraq onu sorğu-suala tutub.

“A24.az” mövzu ilə bağlı videogörüntünü təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...