Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hollandiya polisindən zorakılıq – Hicablı qadın təpikləndi  – VİDEO

Bir qrup polis hicablı qadına qarşı kobud hərəkətlər etdi.

Hollandiyanın Utrext şəhərində bir qrup polisin hicablı bir qadını təpikləyib, yumruqlamasını əks etdirən görüntülər sosial şəbəkələrdə böyük narazılığa səbəb olub.

Din.az xəbər verir ki, şübhəli şəxsi saxlayan və kobud rəftar edən polisə ətrafdakı insanlar müdaxilə ediblər. Yerə yıxılmış qızı polisin kobud davranışından qorumaq istəyən hicablı qadın özü çətin vəziyyətə düşüb. Belə ki, polis əvvəlcə qadını təpikləyib sonra isə yumruqlayıb.

Sosial şəbəkələrdəki sərt reaksiyalardan sonra, aidiyyatlı qurumlar məsələnin araşdırılacağını bildirib. / Oxu.az

https://daytube.az/az/videos/82289/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...