Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Hollandiyada “BUYURUN MƏN MÜSƏLMANAM” adlı tədbir keçirilib

250 könüllü 27000 qızılgül və İslami broşürlər payladı …

Milli Düşüncə Təşkilatları müsəlmanlara qarşı səhv mənfi fikirləri aradan qaldırmaq üçün 23 müxtəlif yerdə qızılgül paylayaraq İslamdan bəhs etdilər.

Din.az Türkiyə mətbuatına istinadən bildirir ki, Hollandiyada Milli Düşüncə Təşkilatları nəzdindəki Hollandiya İslam Federasiyası və Şimali Hollandiya Milli Düşüncə Federasiyası tərəfindən təşkil edilən tədbirdə 23 müxtəlif yerdə İslam haqqında məlumat verilib.

Böyük şəhərlərdə təşkil edilən “Buyurun mən müsəlmanam” tədbirində 17 müxtəlif şəhərdə, 250 könüllü 27000 qızılgül və İslami broşürlər payladılar.

Hollandiya mediasının da təqib etdiyi tədbirlə bağlı fikir bildirən könüllü İdris Ərdoğan məqsədlərinin hollandiyalılara broşür və qızılgüllərlə İslamdan bəhs edərək son illərdə Avropa və Hollandiyada İslam və müsəlmanlara qarşı yaranan mənfi fikirləri aradan qaldırmaq olduğunu bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...