Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hollandiyada Katolik kilsələrində pedofil qalmaqalı

Yepiskop və kardinalların yarıdan çoxu pedofil hadisələrindən xəbərdar imiş…

Katolik kilsəsi yeni pedofil qalmaqalı ilə sarsılmaqda davam edir. Bütün dünyada ifşa edilən yeni pedofil xəbərindən sonra Katolik kilsəsinin etibarlılığı zəfələyib.

Din.az xəbər verir ki, Hollandiya Katolik kilsəsində 1945-2010-cu illərdə xidmət göstərən hollandiyalı yepiskop və kardinalların yarıdan çoxu pedofil hadisələrindən xəbərdar imiş.

Hətta həmin illər arasında Katolik kilsəsində fəaliyyət göstərən 39 hollandiyalı yepiskop və köməkçi yepiskoplardan 20-sinin adı bu hadisələrdə hallanır. 4-ü uşaq olmaqla 16 nəfər kilsədə istismar edilib və keşişlər bu hadisələrə səssiz qalıblar.

Hollandiya Katolik kilsəsi yayılan bu xəbərlərin bəzilərini qəbul edib, lakin bəzilərinin əsası sübut olunmamış anonim məlumatlar olduğunu bildirib.

Hollandiya Katolik kilsəsinin sözcüsü Daphne van Roosendaal 2010-cu ildə kilsə tərəfindən hazırlanan hesabatda sadəcə bir neçə piskoposun adının bu hadisələrdə hallandığını söyləyib. Hadisələrdə adı keçənlərin hazırda əksəriyyətinin öldüyü, sağ qalanların isə xidmət göstərmədikləri və bu məsələ ilə bağlı cavab verməkdən qaçdıqları bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...