Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hollandiyada məscid yandırıldı

Avropada İslama qarşı zorakılıq halları davam edir.

Hollandiyada məscidə çevrilmə məqsədilə ötən ilin aprel ayında İslam Cəmiyyəti Vəqfi tərəfindən alınan binanın üzgçülük hovuzunda yanğın baş verib.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hollandiya xəbərlərinə əsasən, binada elektrik və təbii qaz olmadığına görə bu hadisənin qəsdən törədildiyi qeyd olunub.

cami_2

Vəqfin rəhbəri Həsən Barzizaoa verdiyi açıqlamada, hadisənin qəsdən törədilməsindən başqa heç bir ehtimallarının olmadığını bildirib. O, 20 ildən bəri istifadə etdikləri məsciddə indiyə qədər belə bir problemlə qarşılaşmadıqlarını qeyd edərək deyib: “Ümid edirəm ki, bu yanğın bilərək törədilməyib”.

Polis üzgüçülük hovuzunda başlayıb binaya yayılan yanğın hadisəsilə bağlı cinayət işi açıb. Yanğının yaranma səbəbi, yanğınsöndürmə fəaliyyətləri tamamilə başa çatdıqdan sonra araşdırılacaq.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...