Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
hollandiya-məscid

Hollandiyada məscidlərə qarşı maraqlı sanksiya

Share Button

Hollandiya hökuməti islam məktəbinə yardımı kəsdi

Niderland Parlamenti ölkədəki məscidlərə “gəlir qaynaqlarını açıqlama zəruriliyi” verən sanksiyanı qəbul edib. Parlament, “ultra ortodoks müsəlmanların” məscidlər üzərindəki təsirinin azaldılmasını istəyir.

“Din.az” bildirir ki, “BBC Türkcə”nin verdiyi xəbərə görə, Türkiyə və Mərakeş kimi ölkələrdən Hollandiyadakı məscidlər və dini təşkilatlara edilən yardımların dayandırılması mövzusunda hökumətin təklifi parlament tərəfindən bəyənilib.

Hollandiya hökuməti islam məktəbinə yardımı kəsdi.

Hollandiya parlamenti, ölkədəki məscidlər və dini təşkilatlar xarici ölkələrdəki “şaibeli rejimlər, insanlar və ya qurumlar” tərəfindən verilən maliyyə dəstəyindən yararlanırlar. Ana müxalifətdəki Xristian Demokrat Partiyası tərəfindən bu yardımların qarşısının alınması məqsədi ilə bir qanun təklifi hazırlanıb. Sosialist Partiyasının da dəstək verdiyi təklif keçən həftə parlamentdə gündəmə gəlib.

“Ankara məscidlər vasitəsi ilə türklərə nəzarət edir”

Təklifi hazırlayan millət vəkili Pieter Heerma Hollandiyadakı məscidlərə xarici dövlətlər tərəfindən birbaşa maliyyə dəstəyinin təmin edilməsinin, din ilə dövlət işlərinin bir-birindən ayrılması prinsipinə əks gəldiyini bildirib.

Heerma, təklifinə misal olaraq türk hökumətinin Hollandiyadakı məscidlərə yanaşmasını göstərdi. Ankaranın, “ölkədəki məscidlər vasitəsilə hollandiyalı türkləri nəzarət altına aldığını” qeyd edib.

Millət vəkili, Hollandiyadakı Diyanət İşləri Başkanlığının nəzdində olan 143 məscidə göndərildiyi bildirilən “qadınla əllə görüşməyin haram olduğu” ilə bağlı fətvaya işarə etdi. Bunun, Hollandiya dəyərləri üçün təhdid olduğunu irəli sürdü.

İşçi Partiyasının sədrinin köməkçisi Lodewijk Ascherin “inanc azadlığının tərs düşdüyü” səbəbilə tənqid etdiyi təklif ötən gün parlamentdə səsə qoyulub.

Hollandiya parlamentinin əksəriyyəti məscidlər başda olmaqla ölkədəki dini təşkilatlara aldıqları yardımları açıqlama zəruriliyi verən sanksiyanı təsdiqləyib.

Parlament, başda Türkiyə və Mərakeş olmaq üzrə xarici ölkələrdən Hollandiyadakı məscidlərə edilən yardımların dayandırılması mövzusunda işlər görməyi də məsləhət bildi.

Türkiyə və Mərakeşin, həmçinin Hollandiyadakı Sələfi məscidlərinin Səudiyyə Ərəbistanı tərəfindən maddi olaraq dəstəklənməsi, parlamenti narahat edir. Bu məscidlərdəki dini radikallığın cəmiyyət üçün təhdid meydana gətirdiyi vurğulanıb.

Parlament iclasında son dövrlər müsəlmanlara qarşı artan ayrı-seçkilik mövzusunda, “hökumətin inanc azadlığı” təməlində daha təsirli mübarizə aparması bəyənilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top