Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Hollandiyada türk imamları haqqında ŞOK İTTİHAM

Hollandiyada Dini İşlər İdarəsinin təyin etdiyi imamlar FETO üzvlərindən xəbər verdiklərinə görə casusluqda ittiham ediliblər. “Din.az” xəbər verir ki, Hollandiya hökuməti Dini İşlər İdarəsinə bağlı olan imamların xarici ölkələrdəki Türkiyə vətəndaşları barəsində gizli məlumatlar topladığı xəbərlərindən sonra zərərçəkənləri şikayət etməyə çağırıb. Sosial müdafiə nazirinin müavini Jetta Klijnsma, türklərin şəxsi məlumatlarını gizli saxlayaraq şikayət edə biləcəklərini bildirib. […]

Hollandiyada Dini İşlər İdarəsinin təyin etdiyi imamlar FETO üzvlərindən xəbər verdiklərinə görə casusluqda ittiham ediliblər.

“Din.az” xəbər verir ki, Hollandiya hökuməti Dini İşlər İdarəsinə bağlı olan imamların xarici ölkələrdəki Türkiyə vətəndaşları barəsində gizli məlumatlar topladığı xəbərlərindən sonra zərərçəkənləri şikayət etməyə çağırıb.

Sosial müdafiə nazirinin müavini Jetta Klijnsma, türklərin şəxsi məlumatlarını gizli saxlayaraq şikayət edə biləcəklərini bildirib.

Dini İşlər İdarəsinin 15 iyul dövlət çevrilişinə cəhddən sonra 38 ölkədə din adamları vasitəsilə gizli məlumatlar toplaması xəbərləri Hollandiya parlamentinin gündəminə gəlib.

Dini İşlər İdarəsi tərəfindən TBMM-nin Dövlət Çevrilişi üzrə Komissiyasına təqdim edilən sənədlərdə FETO-ya yaxın şəxs və təşkilatlar haqqında imamlar tərəfindən əldə edilən məlumatlar qeyd edilib.

Hollandiyadakı siyasi partiyanın nümayəndələri çərşənbə axşamı bu məsələni məclisin gündəminə gətirərək hökumətdən açıqlama verilməsini tələb ediblər.

Sosial müdafiə nazirinin müavini Jetta Klijnsma mətbuatda çıxan xəbərləri “xoşagəlməz hal” adlandırıb, türk təşkilatları tərəfindən hədələnən və ya zorakılığa məruz qaldığını düşünən şəxsləri şikayət etməyə çağırıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...