Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Hollandiyada türk məscidinə PKK-lıların hücumu – FOTO

Məscidə edilən hücum PKK ilə əlaqələndirildi…

Hollandiyanın Dordrecht şəhərində yerləşən Ayasofya məscidinə bir qrup şəxsin hücum etdiyi bildirilir.

“Din.az” xəbər verir ki, RTV Rijnmond adlı yerli televiziya kanalında gedən xəbərə görə, təxminən 15 nəfərin hücumuna məruz qalan Hollandiya Türk Federasiyasına bağlı məscidə maddi ziyan dəyimiş və 2 nəfər yüngül xəsarət alıb.

Avtomobillərlə məscidə gələn və aralarında bəzilərinin silahlı olduğu irəli sürülən qrupun məscidin içində olan insanlara dəmirlərlə hücum etdikləri və məscidinin pencələrini qırdıqları bildirilib.

Hadisə ilə bağlı Hollandiya mediasına açıqlama verən məscid dərnəyinin başçısı Vedat Özdal hücumu “alçaqlıq” kimi dəyərləndirərək, insanları sakit olmağa çağırıb. Özdal, təxribat olaraq dəyərləndirdiyi hücumu həyata keçirənləri axtarılmasının polis və bələdiyyənin işi olduğunu qeyd edib.

Məsciddə araşdırmaların aparıldığını deyən Dordrecht Bələdiyyə başçısının köməkçisi Piet Sleeking də xalqı səbrli olmağa çağırıb.

Həmin ərəfədə televiziya kanallarından birində çıxış edən bəzi şahidlər, hücumçuların PKK ilə əlaqəsi olan şəxslər olduğunu irəli sürüb.

Hollandiya mediası isə hadisənin, şəhərdə bir neçə gün əvvəl PKK bayrağı asılan bir evə edilən hücuma cavab olaraq həyata keçirildiyini yazıb.

hollanda-da-turk-camisine-saldiri-1466741087

106909

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...