Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

HOLLANDİYADA YƏHUDİ DİN XADİMİNDƏN MÜSƏLMANLARA PEGİDA MƏKTUBU

PEGİDA-nı pisləyən məktub…

Hollandiyanın Enşede şəhərində məscid tikilməsi planlaşdırılan sahədə İslam və köçkün əleyhinə PEGIDA-nın etdiyi aksiyadan sonra bir ravvin ölkədəki müsəlmanlara dəstək məktubu yazıb.
Din.az xəbər verir ki, Hollandiyada ravvin kimi xidmət edən Lodi van de Kamp Enşede şəhərində yaşayan müsəlmanlara İslam və köçkün əleyhinə olan PEGİDA-nı pisləyən məktub yazıb.

Van de Kamp məktubunda, Enşede şəhərində keçən həftə PEGIDA üzvü bir qrupun məscid tikilməsi planlaşdırılan sahədə apardıqları İslam əleyhdarı hərəkətlərin utancverici olduğunu bildirib.

Uşaqlığını Enşede şəhərində keçirdiyini bildirən Kamp “Quldurlar qorxunc bir şəkildə etdikləri bu hərəkətlə orada tikilməsi planlaşdırılan məscidə ləkə sürə bilməyəcək. Keçmiş həmyerliniz olaraq bu sözləri utanaraq yazıram, amma buna qarşılıq sizin və cəmiyyətinizlə aramızdakı həmrəyliyi hiss edirəm” deyib.

Məktubu dua edərək sonlandıran Lodi van de Kamp tikilməsi planlaşdırılan məscidin rəsmi açılışını müsəlmanlar kimi səbirsizliklə gözlədiyini qeyd edib. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...