Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Hollandiyadakı seçkilərdə hicablı namizəd irqçi hücuma məruz qaldı

Hicablı xanım təbliğat kampaniyasında irqçi hücuma məruz qalıb.

Hollandiyadakı seçkilərdə hicablı namizəd Uqbaad Kilincci irqçi hücuma məruz qalıb.

Din.az xəbər verir ki, Hollandiyada parlament seçkilərində deputatlığa namizəd Fəhlə Partiyası (PvdA) üzvü somalili hicablı xanım Uqbaad Kilincci ötən həftə Emmen şəhərindəki təbliğat kampaniyasında irqçi hücuma məruz qalıb.

Bu barədə Hollandiya mətbuatında xəbərlər yer alıb. Xəbərlərə əsasən, Emmendəki təbliğat kampaniyası zamanı Uqbaad Kilinccinin ünvanına “Qara meymun” və “Rədd ol get Afrikaya” kimi ifadələr səsləndirilib. Xəbərdə təhqiramiz irqçi ifadələrə dözə bilməyən Uqbaad Kilinccinin təbliğat kampaniyasını dayandırmaq məcburiyyətində qaldığı bildirilib.

Ölkənin hər tərəfindən social media vasitəsilə dəstək alan Kilincci açıqlamasında cəmiyyətdə hələ də bu cür insanların olmasından duyduğu təəssüf hissini dilə gərirərək, “Mən Emmen xalqı üçün xidmət etmək istəyirəm, amma sanki buraya aid deyilmişəm kimi təhqirə məruz qaldım. Mən burada böyümüşəm və yaşayıram. Emmen eyni zamanda mənim də şəhərimdir”, – deyib.

Kilincci polisə şikayət məsələsi haqqında hələ qərar vermədiyini və bu barədə düşünəcəyini bildirib. Qeyd edək ki, Hollandiyada seçkilər martın 21-də keçiriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...