Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Hörmətsizliyə məruz qalan ŞƏHİD ANASINA nazirdən – ZƏNG – VİDEO

Nazir: “Şəhid yaxınları bizə əmanətdir”.

Türkiyənin ailə məsələləri və sosial siyasətlər naziri Fatma Betül Sayan Kaya Adanada sərnişin avtobusunda hörmətsizliyə məruz qalan şəhid anasına zəng edib.

Din.az xəbər verir ki, nazir şəhid anasına hadisə ilə bağlı məyusluğunu bildirib:


“Şəhid yaxınları bizə əmanətdir. Prezidentimizin, baş nazirimizin sizə salamı var. Hadisədən məlumatımız var. Sürücünün ən ağır şəkildə cəzalandırılması üçün məsələni izləyirik”.

Xatırladaq ki, hadisə Türkiyənin Adana şəhərində baş verib. Şəhid anası ona verilən pulsuz gediş kartından istifadə edərkən sürücü müdaxilə edərək pul tələb edib. Bununla yanaşı, sürücü şəhid anasını və dövləti təhqir edən ifadələr işlədib. Polis həmin şəxsi həbs edib. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...