Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Hormonlu imsaq!

Nə üçün müsəlmanları çətinliyə salırlar?

Dini İşlər İdarəsi bu il maraqlı fikirlər səsləndirib. İdarənin astronomiya üzrə müşaviri bütün fiqh alimlərini ayağa qaldıracaq iddia ortaya atıb.

İşıq çirkliliyi…

Müddəa belədir!

Dünya 1400 il bundan əvvələ qədər daha işıqlı olub. Belə olduqda, 1400 il əvvəl gözlə görülən günəşin atmosferə saçılan ilk şüaları artıq görünməz olub. Ona görə də bu gün biz bu işığı yalnız Prof. Sacit Özdemirin yüksək səviyyədə çəkilən fotoşəkillərində görə bilirik. Yəni imsaqı adi gözlə görmək artıq mümkün deyildir.

Prof. Dr. Özdemir: İmsaq saatında tərəddüdə yer yoxdur

Möhtərəm alimimizin “İmsaq məsələsinə mən aydınlıq gətirərəm, siz öz işinizi görün” dediyi mətbuat konfransında göstərdiyi fotoşəkli sanki yeni bir planet tapmışcasına təqdim etməsi bu səbəbdəndir.

Erkən toplanan limon, naringi və bananları saraltmaq üçün xüsusi hiylələr edirlər. Ən bilinəni kükürdlə saraltmaqdır. Sacid bəyin imsaqı da buna bənzəyir. Gecə vaxtı belə şeylər etsən Sacid bəyin əldə etdiyi hormonlu imsaq görüntüsü ortaya çıxar.

Oruc Allah üçün tutulur. Bu məsələnin vaxtını və hamının görəcəyi işarələri yaradan da Allahdır. O, bunun necə yaranacağını da Quranda buyurub:

“… Fəcrin olduğu tərəfdə, ağ xətt qara xətdən sizə görə tam seçilənə qədər yeyin, için…” (“Bəqərə” surəsi, 2/187)

Üfüqə baxdıqda yer üzünün qaranlığı ilə göy üzünün eninə qırmızılıq və ağlığı bilinmlidir. Bu qədər adi bir şey.

Allah bu dini yalnız ekvator və ətrafında olanlara nazil edib? Allah burada yaşayanları ibadət vaxtlarında çətin vəziyyətdə qoyub?

Yüksək texnologiya ilə insan gözünə ən yaxın nəticələr olduğu halda, insan gözünün ayırd etmədiyi işıq şüalarına əhəmiyyət verərək çəkilən fotoşəkillərlə imsaqı müəyyən etməyə çalışmaq nə deməkdir?

Bu düşüncədə olanların fikrincə, teleskop olmadan imsaq vaxtını bilmək mümkün deyildir.

Görün müsəlmanları nələrlə yorurlar!

                          Hasan Mustafa Arslan

                         Din.az “fitrathaber.com”a istinadən

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...