Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

HÜQUQŞÜNAS RƏY VERDİ: “Cəmiyyət üçün təhlükəli olsaydı, komitənin rəyini başa düşmək olardı”

“Bu cür qadağalar sonrakı dönəmlərdə gərginliklərin yaranmasına zəmin yaradır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Elşad Mirinin kitabı ilə bağlı verdiyi qərarı düzgün hesab edilmədi.

Din.az A24.az-a istinadən xəbər verir ki, bir müddət öncə ilahiyyatçı Elşad Mirinin çap etdirəcəyi “İslamda Yoxdur!” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib və rəydə kitabının çapının qadağan olunduğu bildirilib.
Mövzu ilə bağlı “Kulis.az” saytının redaktoru, yazıçı Mirmehdi Ağaoğlu və media hüquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədlinin fikirlərini öyrənib.
Ələsgər Məmmədli: “Komitənin rəyi dini məsələlərdə söz və düşüncə azadlığının məhdudlaşdırılması mənasını verir. Elşad Mirinin çap etdirmək istədiyi kitab məhkəmə qaydasında cəmiyyət üçün təhlükəli olsaydı, komitənin rəyini başa düşmək olardı”.

Komitənin qərarının söz və düşüncə azadlığına qarşı senzura olduğunu hesab edən hüquqşünas Ələsgər Məmmədli qeyd edib ki, bu cür qadağaların məhkəmə qərarı olmadan həyata keçirilməsi yolverilməzdir:
“Ümumiyyətlə, məhkəmə qərarı olmadan istənilən yazarın və ya müəllifin düşüncəsinin kitaba köçürülməsi, yayılması ilə bağlı önləyici tədbirlərin görülməsi ifadə azadlığının senzurasıdır. Elşad Mirinin çap etdirmək istədiyi kitab məhkəmə qaydasında cəmiyyət üçün təhlükəli olsaydı, komitənin rəyini başa düşmək olardı. Ancaq faktiki olaraq, bu rəyin müvafiq dövlət qurumu tərəfindən verilməsi düzgün addım deyil və bu addım dini məsələlərdə söz və düşüncə azadlığının məhdudlaşdırılması mənasını verir”.
Mirmehdi Ağaoğlu: “Əgər mövcud dini problemlər elmi yolla müzakirə olunmasa, zamanla fərqli müzakirə növünün yaranmasına yol açacaq”.

Komitənin qərarının doğru olmadığını bildirən “Kulis.az” saytının redaktoru Mirmehdi Ağaoğlunun fikrincə, bu cür qadağalar sonrakı dönəmlərdə gərginliklərin yaranmasına zəmin yaradır:
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Elşad Mirinin kitabı ilə bağlı verdiyi qərarı düzgün hesab etmirəm. Elşad Mirinin dünyagörüşünə az-çox bələd adam kimi, o, kitabda yazılanları hardasa təxmin edirəm. Onun fikirləri demək olar ki, hamısı Azərbaycanda qəbul edilmiş dünyagörüşünə ziddir. Ancaq bu, o kitabı qadağan etməyə əsas vermir. Əksinə Elşad Mirini alqışlamaq lazımdır ki, belə həssas mövzuya toxunub.
Ola bilsin ki, Elşad Mirinin kitabındakı fikirlərin bir çoxu Qafqaz Müsəlmanları İdarəsi və ya ölkədəki dindarların dünyagörüşündən çox fərqlənsin. Lakin bu o demək deyil ki, Elşad Mirinin kitabının çapına qadağa qoyulmalıdır.”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...